logo

Cari ilin əvvəlindən “Şahdəniz”dən 15 milyard m3 təbii qaz çıxarılıb

12:09 19-11-2020 | icon 2583
Cari ilin əvvəlindən “Şahdəniz”dən 15 milyard m3 təbii qaz çıxarılıb

Cari ilin 10 ayında ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr təbii qaz hasil edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki,  qaz hasilatının 9,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə olunub.

Hesabat dövründə SOCAR üzrə isə 6,1 milyard kubmetr qaz hasil edilib.