logo

ABŞ-da koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb

11:58 19-11-2020 | icon 2345
ABŞ-da koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb

ABŞ-da koronavirus qurbanlarının sayı 250 min nəfəri ötüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,bu barədə məlumat Cons Hopkins Universitetinin saytında yer alıb.

Universitetin noyabrın 18-də açıqladığı məlumata görə, Birləşmiş Ştatlarda pandemiyanın əvvəlindən bəri 11 milyon 485 min 176 yoluxma və 250 min 29 ölüm halı qeydə alınıb. Həmçinin 4 milyon 294 minə yaxın koronavirus xəstəsi sağalıb.

Qeyd edək ki, dünya üzrə indiyədək COVID-19 virusuna 56 milyondan çox insan yoluxub və onlardan 1,3 milyon nəfəri həyatını itirib.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.