logo

Azərbaycan əsgəri Azıx mağarasında

10:58 19-11-2020 | icon 1855
Azərbaycan əsgəri Azıx mağarasında

Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.

 YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb. Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.

Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.