logo

Vladimir Zelenskinin təkrar  koronavirus testi də müsbət çıxıb

09:44 19-11-2020 | icon 2422
Vladimir Zelenskinin təkrar  koronavirus testi də müsbət çıxıb

Koronavirusa yoluxan Ukrayna prezidenti Vladimir Zelenski bir müddət müalicədən sonra təkrar test verib. Təkrar testin cavabında Ukrayna prezidentində yenə koronavirus aşkarlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Zelenskinin özü sosial şəbəkədə məlumat paylaşıb.

"Təəssüf ki, təkrar testin cavabı ürəkaçan deyil, ancaq gündəlik işimlə məşğulam. Artıq iyi hiss edə bilirəm, gücüm bərpa olunur”,- deyə Zelenski əlavə edib.

Qeyd edək ki, Ukrayna prezidenti noyabrın 11-dən xəstəxanaya yerləşdirilib və koronavirusa görə müalicə alır.