logo

Ermənistan Qarabağda hələlik 2425 hərbçisinin öldüyünü təsdiqləyir...

22:49 18-11-2020 | icon 1876
Ermənistan Qarabağda hələlik 2425 hərbçisinin öldüyünü təsdiqləyir...

Sentyabrın 27-dən bu günədək ikinci  Qarabağ müharibəsində 2425 erməni hərbçisinin öldüyü təsdiqlənib.

YeniAvropa erməni mətbuatına istinadla xəbər verir  ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib. Onun sözlərinə görə, açıqlanan rəqəmlər məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlara əsaslanır.

"Dünən axşam bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib", - deyə səhiyyə naziri vurğulayıb.

Real faktlar isə  Ermənistan ordusunun itkilərinin açıqlanan rəsmi rəqəmlərdən qat-qat çox olduğunu təsdiqləyir. Belə ki, bir neçə gün bundan əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan döyüşlər vaxtı hər gün minimum 100 hərbçini itirdiklərini etiraf etmişdi.

Bundan əlavə düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib ki, onların ölüm statistikasıheç yerdə qeydə alınmır.