logo

Lavrov həmsədrlərlə Dağlıq Qarabağı müzakirə etdi

22:15 18-11-2020 | icon 1932
Lavrov həmsədrlərlə Dağlıq Qarabağı müzakirə etdi

Noyabrın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoferi (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilib ki, görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli birgə bəyanatdan sonra bölgədəki vəziyyətin həlli üçün vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

“Məsləhətləşmələr zamanı 9 noyabrda Azərbaycan Respublikası prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası prezidentinin atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağdakı və onun ətrafındakı vəziyyət müzakirə edilib”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.