logo

Əli Əsədov rusiyalı həmkarı ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

21:49 18-11-2020 | icon 1932
Əli Əsədov rusiyalı həmkarı ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Noyabrın 18-də Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı  tərəflər Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, Cənubi Qafqazda dəmir yolu infrastrukturunun inkişaf perspektivləri,  həmçinin ikitərəfli əlaqələrin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparıblar.