logo

Sinoptiklərin proqnozu:Qarşıdakı 3 gündə bölgələrdə yağış, qar yağacaq

17:54 18-11-2020 | icon 1624
Sinoptiklərin proqnozu:Qarşıdakı 3 gündə bölgələrdə yağış, qar yağacaq

Qarşıdakı 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Qeyd edilib ki,  havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın maksimal temperaturu Aran rayonlarında 6-10° isti, dağlıq rayonlarda isə 2° şaxtadan 3°-dək isti olacaq.