logo

Azərbaycanda koronavirus antirekordu:2239 yeni yoluxma, 25 ölü

15:15 18-11-2020 | icon 266
Azərbaycanda koronavirus antirekordu:2239 yeni yoluxma, 25 ölü

Azərbaycanda koronavirus infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 81397 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 58111 nəfər müalicə olunaraq sağalıb, 1030 nəfər vəfat edib, aktiv xəstə sayı 22256 nəfərdir.

Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.