logo

Müxalifət Ermənistan parlamentin iclasını boykot etdi

13:33 18-11-2020 | icon 2345
Müxalifət Ermənistan parlamentin iclasını boykot etdi

Müxalifətdə olan "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" fraksiyalarının deputatları parlamentin iclasını boykot ediblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ermənistan parlamentinin bugünkü iclasına yalnız "Mənim addımım" blokunun deputatları qatılıb. Müxalifətin iştirak etməməsinə baxmayaraq, hakim blokun üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə başlayıb.

Müxalifət baş nazir Nikol Paşinyan tərəfindən imzalanan Qarabağa dair üçtərəfli bəyanatın dərhal müzakirə olunmasını tələb edir.

Xatırladaq ki, noyabrın 10-dan etibarən Ermənistanda baş nazirin istefası tələbilə etiraz aksiyaları keçirilir.