logo

ABŞ və Fransa diplomatları Moskvada Dağlıq Qarabağı müzakirə edəcək

22:57 17-11-2020 | icon 2401
ABŞ və Fransa diplomatları Moskvada Dağlıq Qarabağı müzakirə edəcək

ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər.

YeniAvropa "RİA Novosti"yə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya tərəfindən görüşdə Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri İqor Popov iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl Fransanın xarici işlər naziri Jan-İv Le Drian da çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi.