logo

İlham Əliyev Moldovanın yeni seçilmiş prezidentini təbrik etdi

19:49 17-11-2020 | icon 1869
İlham Əliyev Moldovanın yeni seçilmiş prezidentini təbrik etdi

Prezident İlham Əliyev noyabrın 17-də Moldovanın yeni seçilmiş prezidenti xanım Maya Sanduya təbrik məktubu göndərib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir:

"Hörmətli xanım Sandu,

Moldova Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".