logo

Peskov:Moskva Rusiy-Türkiyə münasibətlərini yüksək dəyərləndirir

15:10 17-11-2020 | icon 6223
Peskov:Moskva Rusiy-Türkiyə münasibətlərini yüksək dəyərləndirir

Rusiya Federasiyası prezidentinin mətbuat katibi D.Peskov bəyan edib ki, Moskva Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətləri yüksək dəyərləndirir.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi ABŞ və Fransanın Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolunun izah edilməsi barədə çağırışına dair sualı cavablandırarkən bildirib.

D.Peskov deyib: “Şübhəsiz, əgər Minsk qrupunda həmsədrlik üzrə bizim tərəfdaşlarımızın izaha ehtiyacı olarsa, əlbəttə, bu izahlar təqdim ediləcək. Xüsusən ona görə ki, bizim diplomatik qurumlarımızın xətti ilə hazırda Qarabağ məsələsi üzrə müntəzəm əlaqələr həyata keçirilir”.

D.Peskov Türkiyənin ABŞ və Fransa ilə ikitərəfli əlaqələrini şərh etməyib. “Bizim öz ikitərəfli münasibətlərimiz mövcuddur və biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Bizim birgə həmsədr statusumuza gəlincə, əlbəttə, bizim üçün başlıca məsələ Qarabağda bu yaxınlarda bərqərar olan sülhü qoruyub saxlamaq, bütün qaçqınların və məcburi köçkünlərin geri qayıtmasını təmin etmək və sair, həmçinin bu sülhün qorunub saxlanmasının monitorinqini aparmaqdır”, - deyə D.Peskov əlavə edib.