logo

Paytaxtın poliklinikaları gücləndirilmiş iş rejiminə keçib

13:57 17-11-2020 | icon 3857
Paytaxtın poliklinikaları gücləndirilmiş iş rejiminə keçib

Son günlər koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.