logo

Mövlud Çavuşoğlu Azərbaycanın Milli Dirçəliş Gününü təbrik etdi

12:09 17-11-2020 | icon 1890
Mövlud Çavuşoğlu Azərbaycanın Milli Dirçəliş Gününü təbrik etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.

YeniAvropa xəbər verir ki, bu barədə nazir “Twitter” sosial şəbəkə hesabında yazıb: “32 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarının da azadlığına qovuşdu. 1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad edilən torpaqlarda yüksəlir. Milli Dirçəliş Günün mübarək olsun, can Azərbaycan!”

0-1-0