logo

TRACECA-nın Azərbaycan hissəsində 27,1 milyon ton yük daşınıb

11:10 17-11-2020 | icon 2499
TRACECA-nın Azərbaycan hissəsində 27,1 milyon ton yük daşınıb

Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29,8 milyon ton, yük dövriyyəsi isə 6 milyard 972,3 milyon ton-kilometr olub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, yüklərin 16 milyon 621,7 min tonu və ya 55,7 faizi avtomobil nəqliyyatı, 9 milyon 532,7 min tonu və ya 31,9 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 711,2 min tonu və ya 12,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,4 faizini və ya 6 milyon 95,3 min tonunu tranzit yüklər təşkil edib.