logo

Fuad Qəhrəmanlı azadlığa buraxıldı

19:48 16-11-2020 | icon 1897
Fuad Qəhrəmanlı azadlığa buraxıldı

Səbail rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən vəsatətə baxılıb.

YeniAvropa xəbər verir ki, hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən bir neçəsinin ev dustaqlığına buraxılması barədə qərar qəbul edilib.

Azadlığa buraxılanların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var.