logo

Putin Makronla Rusla Dağlıq Qarabağda vəziyyəti müzakirə etdi

18:08 16-11-2020 | icon 6594
Putin Makronla Rusla Dağlıq Qarabağda vəziyyəti müzakirə etdi

Noyabrın 16-da Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon söhbəti olub.

YeniAvropa Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər.

Mətbuat xidmətində qeyd ediblər ki, Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri olması nəzərə alınmaqla Dağlıq Qarabağ ətrafında vəziyyət hərtərəfli müzakirə edilib.

Kremlin mətbuat xidmətinin məlumatında deyilir: “RF prezidenti həmkarını Rusiya tərəfinin qan tökülməsinə son qoymağa imkan verən fəal vasitəçilik səyləri, həmçinin münaqişə zonasında Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi barədə məlumatlandırıb”.

Qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatı yerinə yetirilir, bütövlükdə regionda vəziyyət sabitləşib.