logo

İranda koronavirusdan ölənlərin sayı 42 minə yaxınlaşır

17:59 16-11-2020 | icon 2310
İranda koronavirusdan ölənlərin sayı 42 minə yaxınlaşır

Son sutka ərzində İranda 13 min 53 nəfər koronavirusa yoluxub, 486 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 775 min 121, yoluxaraq ölənlərin sayı isə 41 min 979-a çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 677 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 564 min 699 nəfər isə sağalaraq evə buraxılıb.

İranda virusun yenidən geniş şəkildə yayılması karantin rejiminin sərtləşməsinə səbəb olub. Prezident Həsən Ruhani bildirib ki, noyabrın 18-dən etibarən yeni plan həyata keçiriləcək. Plana əsasən şəhərlər arası avtobus, qatar və digər nəqliyyat marşrutları 2 həftə müddətinə qadağan ediləcək. Virusun yayılma tempi azalmasa qadağa davam edəcək. Bundan başqa polis küçələrdə maska rejiminə əməl edilməsini ciddi nəzarətdə saxlayacaq.