logo

Azərbaycanda daha 1395 nəfər koronavirusa yoluxdu, 18 nəfər öldü

16:56 16-11-2020 | icon 294
Azərbaycanda daha 1395 nəfər koronavirusa yoluxdu, 18 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1395 yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 77 min 83 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 55 min 755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib. Aktiv xəstə sayı 20343 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 523 min 221 test aparılıb. Bugünkü test sayı isə 7137-dir.