logo

Sabah Bakıda yağış yağacaq, 11° isti olacaq

11:10 16-11-2020 | icon 1708
Sabah Bakıda yağış yağacaq, 11° isti olacaq

Azərbaycanda noyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunundan millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Noyabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 10-15° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2-5° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 17-də Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.