logo

Ceyhun Bayramov Sergey Lavrovla Qarabağdakı son durumu müzakirə etdi

18:51 15-11-2020 | icon 1953
Ceyhun Bayramov Sergey Lavrovla Qarabağdakı son durumu müzakirə etdi

Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.