logo

Donald Tramp seçkilərdəki məğlubiyyətini qəbul etmir

18:15 15-11-2020 | icon 273
Donald Tramp seçkilərdəki məğlubiyyətini qəbul etmir

ABŞ prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Donald Tramp özünün "Twitter" səhifəsində yazıb: “Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin(Joe Biden) qələbəsini elan edib. Bununla belə, hazırkı prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.