logo

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib

13:11 15-11-2020 | icon 1589
Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.