logo

Azərbaycanda yeni koronavirus antirekordu:2259 yoluxma, 21 ölü

17:09 15-11-2020 | icon 1799
Azərbaycanda yeni koronavirus antirekordu:2259 yoluxma, 21 ölü

Azərbaycanda koronavirusa daha 2259 yoluxma faktı qeydə alınıb, 1101nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 75 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 55 min 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib. Aktiv xəstə sayı 19571 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 516 min 84 test aparılıb. Bugünkü test sayı isə 13377-dir.