logo

Türkiyədə koronavirusdan daha 92 nəfər dünyasını dəyişdi

22:44 14-11-2020 | icon 2233
Türkiyədə koronavirusdan daha 92 nəfər dünyasını dəyişdi

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 92 nəfər ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda ölkədə 3116 nəfər koronavirusa (COVID-19) yoluxub, bu gün 2298 xəstə isə sağalaraq evə buraxılıb. 

Qeyd edək ki, Türkiyədə ümumilikdə 411 055 nəfər koronavirusa yoluxub, indiyədək onlardan 11 418 nəfər həyatını itirib.