logo

Ermənilər Kəlbəcərdə hərbi hissələrini dağıtdı

21:20 14-11-2020 | icon 1862
Ermənilər Kəlbəcərdə hərbi hissələrini dağıtdı

Kəlbəcəri tərk edən erməni hərbçilər hərbi hissələrini dağıdıblar.

YeniAvropa xəbər verir ki, bu barədə "tert.am" portalında material yerləşdirilib.

"İnsanlar öz əşyalarını toplayır, mal-qaranı daşıyır, kəndlərini tərk edirlər", - deyə reportajda bildirilir.

Xatırladaq ki, əldə olunmuş razılaşmalara görə Ermənistan noyabrın 15-də Kəlbəcər bölgəsini Azərbaycana təhvil verməlidir.