logo

Bakının 45 yaşlı yeni polisi rəisi haqda bəzi məqamlar

20:47 14-11-2020 | icon 16163
Bakının 45 yaşlı yeni polisi rəisi haqda bəzi məqamlar

Xəbər verdiyimiz kimi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov tutduğu vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki, bu gün artıq Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs də məlum olub. 
Bu vəzifənin səlahiyyətlərinin icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.

Qeyd edək ki, T.Hacıyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirib. 1993-cü ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində istintaq xidmətində müxtəlif məsul vəzifələrdə işləyib.

2014-2019-cu illərdə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin şöbə rəisi və həmin Baş İdarənin rəis müavini, Zərdab rayon Polis Şöbəsinin, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib. 2019-cu ilin sentyabr ayında Bakı şəhər BPİ rəisinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli 1306 nömrəli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.