logo

Qırğızıstan yenə prezidentsiz qaldı

19:51 14-11-2020 | icon 329
Qırğızıstan yenə prezidentsiz qaldı

Qırğızıstan prezidentinin səlahiyyətlərini icra edən Sadır Japarov səlahiyyətlərinə xitam verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Sadır Japarov ölkənin baş naziri kimi də fəaliyyətini dayandırıb.

O, bu addımını gələn il yanvarın 10-da Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək istəyi ilə atıb. Belə ki, Sadır Japarov artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Qanunvericiliyə görə prezidentin səlahiyyətləri Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Talqat Mamıtova, baş nazir səlahiyyətləri isə baş nazirin birinci müavini Artyom Novikova keçib.

Xatırladırıq ki, Qırğızıstan prezidenti seçkilərində iştirak etmək üçün 50 nəfər sənəd verib.