logo

Tərtər rayonuna dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb

13:11 14-11-2020 | icon 1498
Tərtər rayonuna dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar artıq üç gündür ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində ziyan dəymiş yaşayış məntəqələrində qiymətləndirmə işləri aparırlar.

 YeniAvropa xəbər verir ki, Tərtər rayonu üzrə işçi qrupun rəhbəri Qubad Heydərov bildirib ki, ilkin məlumata görə, Tərtər rayonunun 40 yaşayış məntəqəsində 2000-ə yaxın subyektə ziyan dəyib.

"Ola bilər ki, ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin sayı artsın. Tərtər rayonunda üç işçi qrup fəaliyyət göstərir. Noyabrın 13-də 60-dan çox obyektə baxış keçirilib, müvafiq aktlar tərtib olunub. Sərəncama əsasən qiymətləndirmə işləri dekabrın 10-dək yekunlaşmalıdır",-deyə işçi qrupun rəhbəri bildirib.