logo

Ankarada Qarabağda müşahidə mərkəzinin təşkili üzrə Türkiyə-Rusiya danışıqları davam edir

12:59 14-11-2020 | icon 2009
Ankarada Qarabağda müşahidə mərkəzinin təşkili üzrə Türkiyə-Rusiya danışıqları davam edir

Türkiyə və Rusiyanın nümayəndə heyətləri Qarabağda birgə müşahidə mərkəzinin təşkili üzrə danışıqları noyabrın 14-də davam etdirilir.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında  qeyd edilib.

“Rusiyanın nümayəndə heyəti ilə Qarabağda birgə müşahidə mərkəzinin yaradılması üzrə danışıqlar bu gün davam etdiriləcək”, - deyə qurumun bəyanatında bildirilir.

Xatırladaq ki, Rusiya nümayəndə heyəti noyabrın 13-dən Ankarada səfərdədir. Dünən Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal və Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev arasında Suriya məsələsinə dair danışıqlar aparılıb. Günün ikinci yarısında isə Türkiyə Müdafiə Nazirliyində Qarabağda sülhün bərqərar olması barədə müzakirələr olub.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə və Rusiyanın müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında video-əlaqə vasitəsi ilə keçirilən danışıqların yekununda Qarabağda atəşkəsə nəzarət üzrə müştərək mərkəzin qurulması ilə bağlı memorandum imzalanıb.