logo

Vladimir Putin Qarabağla bağlı daha bir fərman imzaladı

20:48 13-11-2020 | icon 1939
Vladimir Putin Qarabağla bağlı daha bir fərman imzaladı

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı qurumlararası humanitar mərkəzin yaradılması barədə fərman imzalayıb.

YeniAvropa  "TASS" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

Fərmanda bildirilib ki, Qarabağla bağlı humanitar yardım mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.