logo

Azərbaycanda koronavirusdan bir gündə 22 nəfər öldü,1364 yeni yoluxma 

15:33 13-11-2020 | icon 1820
Azərbaycanda koronavirusdan bir gündə 22 nəfər öldü,1364 yeni yoluxma 

Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 71 min 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 53 min 1 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 17652 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 489 min 382 test aparılıb. Bugünkü test sayı isə 9744-dür.