logo

Rusiya nümayəndə heyəti Ankarada: Qarabağı müzakirə edirlər

14:58 13-11-2020 | icon 1953
Rusiya nümayəndə heyəti Ankarada: Qarabağı müzakirə edirlər

Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gəlib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarməlumat verib. 

O, bu gün Rusiyadan geniş nümayəndə heyətinin Ankaraya gəldiyini  və Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb.

Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər Nazirliyinin səlahiyyətliləri arasında iş yeməyi başlayıb.Günortadan sonra Milli Müdafiə Nazirliyinə gələcək nümayəndə heyəti ilə müzakirələr başlayacaq.

Hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin keçirəcəyi iclaslarda taktika və texnika baxımından hansı tərəfin Qarabağda harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunacaq.