logo

Azərbaycan gimnastları Avropa çempionatında mübarizə aparacaqlar

14:07 13-11-2020 | icon 2135
Azərbaycan gimnastları Avropa çempionatında mübarizə aparacaqlar

Dekabrın 17-dən 20-dək Türkiyənin Mersin şəhərində qadın idman gimnastları arasında 33-cü Avropa çempionatı keçiriləcək.

 YeniAvropa xəbər verir ki, yarış iki–böyüklər və yeniyetmələr yaş kateqoriyası üzrə təşkil olunacaq.

Çempionatda böyüklərin yarışında ölkəmizi Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edəcəklər. Yeniyetmələrin mübarizəsində isə Milana Minakovskaya medallar uğrunda yarışacaq.

Qeyd edək ki, Avropa çempionatında 20 ölkədən 120-dən artıq gimnast birincilik uğrunda gücünü sınayacaq.