logo

BBC Kəlbəcərdəki erməni vəhşiliyindən reportaj hazırladı

13:08 13-11-2020 | icon 2303
BBC Kəlbəcərdəki erməni vəhşiliyindən reportaj hazırladı

Əldə edilən razılaşmaya uyğun olaraq ermənilər Kəlbəcər rayonunu tərk edirlər.

YeniAvropa xəbər verir ki, razılaşmanın icra olunduğunu “BBC News” kanalının Kəlbəcərdən hazırladığı reportaj da təsdiq edir.

Reportajda ermənilərin Kəlbəcəri tərk etmələri əks olunub. Reportajdan da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Apara bilmədikləri hər şeyi isə yandırır, məhv edirlər. Onlar xüsusən də Kəlbəcərdə meşələri və evləri yandırmaqla daha çox ziyan vurmaq istəyirlər.

Bütün bu faktlar ermənilərin Azərbaycana aid ərazilərdə maddi-mədəni sərvətlərimizin dağıdılması və qarət olunmasını indi də davam etdirdiklərini bir daha sübut edir.