logo

Həftəsonu paytaxtda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:54 13-11-2020 | icon 1680
Həftəsonu paytaxtda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, son günlərdə COVID-19-a yoluxanların sayında artımın olması nəzərə alınaraq noyabrın 14-15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.