logo

Azərbaycan polisi Şuşada komendant rejimində fəaliyyətini davam etdirir

22:47 12-11-2020 | icon 3885
Azərbaycan polisi Şuşada komendant rejimində fəaliyyətini davam etdirir

Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Şuşa rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.