logo

Hulusi Akar Türkiyə hərbçilərinin Qarabağdakı yerini göstərdi

22:17 12-11-2020 | icon 1813
Hulusi Akar Türkiyə hərbçilərinin Qarabağdakı yerini göstərdi

“Qarabağ sazişində “Türkiyənin yeri harada” deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm döyüş meydanında, həm də danışıqlar masasındadır”.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Nazir bildirib ki, Türkiyə hazırda regionda daimi atəşkəsə, sülhə, sabitliyə, rifaha və sərhədlərin təhlükəsizliyinə nail olunması üçün cəhdlərini davam etdirir: “Çalışdığımız odur ki, kimsə kimsənin haqqına girməsin, məsələ budur”.

Türkiyənin milli müdafiə naziri daha sonra deyib ki, sabah Rusiyadan geniş bir heyət gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”.