logo

“Azercell” Şuşada ilk 4G şəbəkəsini qurub

15:33 12-11-2020 | icon 2184
“Azercell” Şuşada ilk 4G şəbəkəsini qurub

Respublika prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı.

Azərbaycanın vətənpərvər şirkəti olan “Azercell Telekom” da şanlı Qələbəyə öz töhfəsini verməkdədir. Sevinc və fəxrlə bildiririk ki, artıq Şuşada “Azercell”in ilk 4G şəbəkəsi fəaliyyət göstərir.

 YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirlir. Qeyd edilib ki, idi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Xatırladaq ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq “Azercell”in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. “Azercell”in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları simsiz rabitə (LTE) texnologiyasına aiddir.

Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. “Azercell”in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.

“Azercell” Azərbaycanda heç bir ərazini bağlantısız qoymayacaq!

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.