logo

İranda koronavirusdan ölənlərin sayı 40 mini ötüb

17:12 12-11-2020 | icon 294
İranda koronavirusdan ölənlərin sayı 40 mini ötüb

İranda koronavirus infeksiyası yayılmaqda davam edir. Noyabrın 12-nə olan məlumata görə son 24 saat ərzində İranda 11 min 517 nəfər koronavirusa yoluxub, 457 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 726 min 585 nəfər, ölənlərin sayı isə 40 min 121-ə çatıb.

Müalicəsi davam edən 5 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 541 min 566 xəstə isə sağalaraq evə buraxılıb.