logo

Rəsmi Bakı Rusiya-Türkiyə Mərkəzinin yaradılmasnı alqışlayır

15:55 12-11-2020 | icon 1792
Rəsmi Bakı Rusiya-Türkiyə Mərkəzinin yaradılmasnı alqışlayır

Noyabrın 10-da Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı noyabrın 11-də Memorandumun imzalanmasını alqışlayırıq.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda, həmçinin deyilir: “Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupunun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik.

Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına, beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq.