logo

Polis rəisləri işğaldan azad edilmiş rayonlara müvəqqəti komendant təyin olunublar

14:54 12-11-2020 | icon 1771
Polis rəisləri işğaldan azad edilmiş rayonlara müvəqqəti komendant təyin olunublar

İşğaldan azad edilmiş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar. 

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanı rəhbər tutularaq daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad edilmiş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Həmçinin, bildirilib ki, qeyd olunan fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.