logo

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü,komendant da təyin edildi

12:52 12-11-2020 | icon 1897
Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü,komendant da təyin edildi

Şuşa şəhər Polis Şöbəsi artıq işğaldan azad edilən Şuşa şəhərinə köçürülüb.  Şöbənin əməkdaşları artıq Şuşa şəhərindədirlər. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Bildirib ki, prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür:” Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub”.

E. Zahidovun sözlərinə görə, Azərbaycanın inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.
Xatırladaq ki, Şuşa şəhəri noyabrın 8-də erməni işğalından azad edilib.