“Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturunu və dördüncü nəsil LTE radio baza stansiyalarını qurub.
YeniAvropa xəbər verir ki, bu barədə “Azercell Telekom” MMC-nin korporativ ünsiyyət departamentinin direktoru Nigar Şıxlinskaya məlumat verib.
O, qeyd edib ki, “Azercell” şirkəti Şuşa şəhərində mobil şəbəkəsini işə salıb.