logo

Azərbaycanda  koronavirusdan bir gündə rekord ölüm sayı-18 nəfər

16:29 11-11-2020 | icon 280
Azərbaycanda  koronavirusdan bir gündə rekord ölüm sayı-18 nəfər

Azərbaycanda koronavirus infeksiyasına daha 1202 yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu haqda  Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 68 min 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 51 min 7 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib. Aktiv xəstə sayı 16702 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 467 min 842 test aparılıb. Bugünkü test sayı isə 10665-dir.