logo

Ukrayna Qarabağda atəşkəsi alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

15:29 11-11-2020 | icon 1820
Ukrayna Qarabağda atəşkəsi alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan ilə Ermənistan arasında atəşkəs barədə razılaşma əldə edilməsini alqışlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir.

 YeniAvropa xəbər verir ki, bu fikirlər Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.

Ukrayna XİN-in bəyanatında  qeyd edilir ki, atəşkəsdən sonra növbəti addım regionda sabitliyin və həyat fəaliyyətinin bərpası olmalıdır. Münaqişənin tam nizamlanmasına nail olmaq üçün beynəlxalq səylər davam etdirilməlidir.

 “Ukrayna Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü daim və qeyd-şərtsiz dəstəkləyir”,-deyə sənəddə vurğulanır.