logo

Türkiyə və Rusiya Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair razılaşma imzaladı

15:08 11-11-2020 | icon 1757
Türkiyə və Rusiya Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılmasına dair razılaşma imzaladı

Türkiyə ilə Rusiya arasında Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzin yaradılması ilə bağlı razılaşma imzalanıb.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Türkiyə və türk milləti olaraq 28 il ərzində hər gün bu işğalın ağrısını azərbaycanlı qardaşlarımızla birlikdə ürəyimizdə hiss etdik”, - deyən Rəcəb Tayyib Ərdoğan Qarabağın işğaldan azad edilməsi, bəyanatın imzalanması münasibətilə başda prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edib.