logo

ABŞ-ın Dövlət katibi Gürcüstana səfər edəcək

14:10 11-11-2020 | icon 315
ABŞ-ın Dövlət katibi Gürcüstana səfər edəcək

ABŞ-ın Dövlət katibi Mayk Pompeo noyabrın 17-də Gürcüstana səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində dövlət katibi Gürcüstan baş naziri Giorgi Qaxaria, prezident Salome Zurabişvili, xarici işlər naziri David Zalkaliani və Patriarx II İlya ilə görüşəcək.

Görüşlərdə Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması və sair məsələlər diqqət mərkəzində olacaq.

Bundan başqa, tərəflər Gürcüstanda və regionda təhlükəsizlik, eləcə də regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.