logo

Qaz İxrac Edən Ölkələr Forumu üzrə nazirlərin 22-ci görüşü keçiriləcək

12:11 11-11-2020 | icon 287
Qaz İxrac Edən Ölkələr Forumu üzrə nazirlərin 22-ci görüşü keçiriləcək

Bu gün Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda nazirlərin dəyirmi masası, noyabrın 12-də isə nazirlərin 22-ci görüşü keçiriləcək.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, onlayn formatda təşkil olunan görüşlərdə Əlcəzairin energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu nazirlər görüşünün sədri Əbdülməcid Attarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Nazirin hər iki görüşdə çıxışı nəzərdə tutulub.

Tədbirlər Bakı vaxtı ilə saat 16:00-dan 20:00-dək (Əlcəzair vaxtı ilə saat 13:00-dan 17:00-dək) keçiriləcək. Nazirlər görüşünün sonunda mətbuat konfransı təşkil olunacaq.